Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44440
az

Şuşanın azad edilməsi əməliyyatı: Hamıdan gizlədilib və... - HƏRBİ EKSPERT

17:5917 Dekabr, 2020
585
REDAKTORUN SEÇİMİ
  • A

"Hələ müharibə zamanı davamlı şəkildə qeyd edirdik ki, Azərbaycan mövcud münaqişədən sonra Ermənistanla olan sərhədləri bağlamalı, öz nəzarətinə götürməlidir. Hətta demişdik ki, İran tərəfdən sərhədlər bağlanıbsa, Zəngilan, Qubadlı və Kəlbəcər tərəfdən də düşmənlə olan sərhədlər tamamilə bağlanmalıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert, polkovnik Fəhmin Hacıyev deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə təxribatlarla məşğul olan qruplar varsa, bunu xüsusi nəzarət dronları vasitəsi ilə həll etmək olar:

"Rusiyanın özünün durumu elədir ki, bugün onlardan qorxmaq lazım deyil. Xatırlayaq ki, 90-cı illərdə, Rusiya özünün güclü vaxtında Azərbaycan xalqının iradəsinə qarşı çıxa bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyatlar barədə Rusiya məlumatlı olmayıb. Biz ilk növbədə İranla olan sərhəddi təmizlədik və qoşunlarımız həmin sərhəddi nəzarətə götürdü. Bu, Azərbaycanın süverenliyi yolunda atılan vacib bir addım oldu".

Fəhmin Hacıyev ordumuzun Şuşa şəhərinin azad edilməsi ilə bağlı əməliyyatından da danışıb:

"Şuşa uğrunda aparılan əməliyyatlar elə gizli yollarla aparıldı ki, ondan heçkəsin - Rusiyanın, əlavə təxribatçı qüvvələrin xəbəri olmasın.

Şuşa əməliyyatı zamanı döyüşün əlbəyaxa olması, texnikadan istifadə edilməməsi orada olan abidələrin, ərazinin dağıntılara məruz qalmaması üçün idi. Bu, çox düzgün taktika idi və həmin əməliyyatların aparılmasına heç kəs şüphə salacaq bəhanə tapa bilməz".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir
Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı