Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44198
az

Gəncədə əməliyyat: Tutulanlar var  -  VİDEO

20:2314 Dekabr, 2020
589
KRİMİNAL
  • A

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində ayrı-ayrılıqda oğurluq edən şəxslər saxlanılıb.

Oxu24.com -un məlumatına görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Qəhrəman Qəhrəmanov qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və saxlamaqda şübhəli bilinərək polis idarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 2 qram narkotik vasitə olan heroin, yaşadığı evə baxış keçirilən zaman isə oradan 1 qram maye halında narkotik vasitə olan heroin 1 ədəd kibrit qutusunda toz halda çəkisi 3,45 qram narkotik vasitə olan heroin və 0,77 metofetamin aşkarlanaraq götürülüb. Q.Qəhrəmanovla bağlı keçirilən istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o qonşusuna məxsus fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan 10 min manat nağd pul və 5 min manat dəyərində geyim və ev əşyalarını oğurlayıb.

Bundan başqa, Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş vermiş digər bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyənləşdirilib. Aparılan araşdırmalar zamanı noyabrın 27-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birində fəaliyyət göstərən geyim mağazasından 10 min manat dəyərində müxtəlif geyim əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Razi Rzayev saxlanılıb. İlkin dindirilmə zamanı R.Rzayev törətdiyi cinayət hadisəsini etiraf edib, oğurladığı əşyaları sataraq pulunu xərclədiyini etiraf edib.

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Drakon”azadlığa buraxıldı
Maşınlardan pul oğurlayanlar tutuldu
“Zahid Niftəliyevin burada oturmasının baş səbəbkarı Nəcməddin Sadıkovdur”

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı