Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44185
az

TƏCİLİ XƏBƏR! Erməni terrorçuları Şuşa yaxınlığında toplaşır  -  ŞOK  VİDEO

18:5714 Dekabr, 2020
7914
OXU24 TV
  • A

Erməni sosial şəbəkəsində Qarabağda mövqelərdən birində yerləşən erməni yaraqlıların videomüraciəti yayılıb. Mövqe Şuşanın yaxınlığında yerləşir.

Kadrlarda yaraqlıların - 15 silahlı şəxsin yaşadığı çadır görünür. Çadırın yaxınlığında Rusiya sülhməramlılarının postu yerləşirib.

Uzaq planda Şuşa şəhərindəki televiziya qülləsi görünür.

Yaraqlılar onlara göndərilən köməyə görə Ermənistana təşəkkür edir, sayıqlığı itirməməyə çağırırlar və Ermənistan vətəndaşlarını mitinq etməməyə, Azərbaycanla müharibəni davam etdirmək üçün köməyə gəlməyə çağırırlar. Bu barədə yaraqlıların komandiri Volodya Avetisyan deyib.

"Biz Şuşadan birbaşa 3-4 km, yol ilə 6 km. aralıda yerləşirik", - deyir.

Ermənistan KİV-də onları "könüllülər" adlandırırlar. Şuşanı hədələyən yaraqlıların yaşı 40-dan yuxarıdır, bu dəstə bu yaxınlarda Hadrut rayonunda olduğu kimi Qarabağda qalan erməni ordusunun bir hissəsi deyil. Dekabrın 12-də bu ərazidə iki kəndin- Köhnə Tağlar (Xin Taxer) və Çalaqqala (Xsaberd) kəndlərinin azad edilməsi üzrə Azərbaycan ordusunun əməliyyatı başa çatıb.

Erməni KİV-də Rusiya və Azərbaycanı yeni fakt qarşısında qoymaq üçün azərbaycanlıları qovaraq Şuşaya hücum etmək çağırışları səslənir.

Qarabağda təhlükəsizliyə açıq şəkildə təhdid edən hərbi qrupun Şuşanın yaxınlığında olması Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olması barədə Paşinyanın bəyanatına və Rusiyanın regiondakı sülhməramlı missiyasına ziddir. 

Mənbə: Turan.az

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ