Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44135
az

Ərdoğanın təklifinə Ermənistandan İNANILMAZ CAVAB: Ancaq erməni ordusu... - SENSASİYA

11:3814 Dekabr, 2020
1609
DÜNYA
  • A

Ermənistan Türkiyə və Azərbaycanla diplomatik əlaqələrin inkişafından yalnız bir halda faydalana biləcək: dünyanın ən hərbiləşdirilmiş ölkəsinə çevriləndə.

Oxu24.com  Publika.az-a istinadla xəbər verir ki, bunu erməni türkoloq Mqer Abraamyan deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilən “Altılıq” platformasına münasibət bildirib: “Ermənistan “Altılıq” təşəbbüsünə qoşulmamalıdır. Ərdoğan təşəbbüs çərçivəsində Ermənistanın əməkdaşlığının İrəvan üçün faydalı olacağını, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni bir səhifə açacağını bildirdi. Bu açıqlamadan əvvəl isə Ərdoğan Bakıda keçirilən hərbi paradda ermənilərin kəşfiyyat məlumatları toplamalı olduğunu, 1915 və 1920-ci ildə Qarabağ və Azərbaycandakı hadisələrdə birbaşa iştirak edən bir neçə şəxsin adını çəkdi. Ermənistanın Türkiyə və Azərbaycanla diplomatik əlaqələrin inkişafından faydalana biləcəyi yalnız bir vəziyyət var. Bu da inkişaf etmiş erməni ordusudur. Ermənistan indiki təhlükəsizlik sistemi ilə bu platformaya girməyə hazır deyil. Ermənistan qorxmamalı və dünyanın ən hərbiləşdirilmiş ölkəsinə çevrilməlidir. O zaman Türkiyə və Azərbaycan ilə diplomatik münasibətləri inkişaf etdirməyi düşünə bilərsiniz”.

Türkoloq onu da qeyd edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ermənistan bundan ciddi fayda götürməyib. Ermənistan üçün faydalı olan yeganə ittifaq Avrasiya İqtisadi Birliyidir.

Qeyd edək ki, “Altılıq” platformasında Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın yer alması təklif edilir.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçirilən paradda türk sərkərdələri Ənvər və Nuru Paşanın adlarını çəkmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Haniyənin ölümünə görə İranda HƏBS DALĞASI -Tehran kimlərdən şübhələnir?
Girovların ailələri Netanyahunu günahlandırır
İstanbulda minlərlə insan mitinq keçirib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı