Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44113
az

Zəngəzurda atışma?! – ermənilərə 10 saat vaxt verildi

23:5913 Dekabr, 2020
1182
REDAKTORUN SEÇİMİ
  • A

Ermənistan mediası Azərbaycan Ordusunun ermənilərə bəzi kəndləri boşaltmağı tələb etdiyini yazır.

Publika.az xəbər verir ki, Ordumuz Zəngilan rayonunun Qafqan rayonu ilə yerləşən Ağkənd və Qazançı kəndində yerləşən erməni hərbi birləşlərinə ərazini tərk etmələrini tələb edib.

Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin Əkərək (ermənilər Aqarak deyir) kəndini tərk etməsi üçün səsucaldan vasitəsilə xəbərdarlıq edib;

Ümumilikdə ermənilərə kəndləri boşaltması üçün 10 saat vaxt verilib.

Erməni teleqram kanalları Azərbaycan Ordusu ilə erməni hərbi birləşmələri arasında yarım saat atışmanın olduğunu iddia edirlər.

Lakin Sünik (Zəngəzur) qubernatoru Melikset Poqosyan atışma iddiasını təkzib edib.

“Heç bir atışma olmayıb. Azərbaycan hərbçiləri səsucaldanlar vasitəsilə erməni tərəfinə əvvəlki mövqelərinə geri çəkilməyi tələb etdilər”, - o deyib.

Nə baş verir?

Ermənistan işğal dövründə bir sıra ərazilərdə olduğu kimi Qubadlı və Zəngilan istiqamətində döpvlət sərhədini qanunsuz olaraq dəyişdirib. Adıçəkilən ərazilər Azərbaycanın BMT tərəfindən tanınmış dövlət sərhədi tərkibindədir.

Ordumuz dövlət sərhədinin bərpa edilməsi istiqamətində addımlar atır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir
Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı