Dekabr ayının 11-də Hadrut ətrafında iki kənddə atəşkəsin pozulması ilə bağlı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov açıqlama verib.
Rusiyalı hərbçi TASS-a verdiyi açıqlamada bildirib ki, artıq ərazidə rus sülhməramlıları var və insident nəzarət altına alınıb.
Muradov əlavə edib ki, Rusiya sülhməramlıları vəziyyəti daim izləyir və Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqə saxlayır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkələr arasındakı üçtərəfli razılaşmadan sonra ilk dəfə Qarabağda atəşkəsin pozulduğunu açıqlamışdı.
Oxu24.com
ŞƏRHLƏR