Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44095
az

Ermənilər BU KƏNDLƏRİ də boşaldırlar

20:2613 Dekabr, 2020
906
SON DƏQİQƏ
  • A

Ermənilər BU KƏNDLƏRİ də boşaldırlar...

Azərbaycanın müzəffər ordusunun 44 günlük savaşından sonra işğalçı Ermənistan hərtərəfli iflas durumuna düşməkdədir. On illərlə torpaqlarımızda qanunsuz məskunlaşmış "qaçqın" adlandırılan ermənilərdən əlavə, qəsbkar ölkənin öz ərazisində yaşayan ermənilər də gündən-günə daha da ağırlaşan həyat şəraitindən şikayətlənirlər.

Oxu24.com  xəbər verir ki, Laçın və Qubadlı rayonlarıyla sərhəddə yerləşən Sünik mərzinin Xınzirək, Tex, Gorunzur və s. kəndlərinin sakinləri artıq çox sayda mal-qara saxlamaq imkanından məhrum olduqlarını bildirirlər. Buna səbəb kimi, 1990-cı illərdən bəri işğal altında saxladıqları Qubadlı, Cəbrayıl, Füzulinin boş, münbit və rahat otlaqlarının əllərindən çıxması göstərilir.

Bu haqda erməni müxbirə danışan Xınzirək kəndinin meri Ervand Malunts həyasızcasına adı çəkilən Azərbaycan ərazilərini "tarixi erməni torpaqları" adlandıraraq onların əldən çıxmasına təəssüflənir.

O, bildirir ki, indiyədək buradakı erməni kəndlilərin hər biri yüzlərlə iri və xırda buynuzlu heyvan saxlayaraq onları kənddən 15, 20, hətta 50 km uzaqlıqda Qubadlının, Cəbrayılın boş otlaqlarında yemləyirdilər. Azərbaycan ordusu sərhədləri bağladıqdan sonra isə onlar bundan məhrium olurlar.

Ona görə də hazırda heyvanları dəyər-dəyməzinə, 5-6 dəfə ucuz qiymətə satmağa məcbur olurlar. Çoxları işsizlik, dolanışıq ucbatından kənddən köçəməyə başlayıb. Qonşu Tex(Dığ) kəndində də oxşar durumdur. Kəndin sakinlərindən biri bildirib ki, indiyədək 50-60 min mal-qaranın saxlanıldığı kənddə hazırda yalnız 5-10 min heyvan qalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı