Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44076
az

Bu yollarda postlar qurulacaq - SİYAHI

14:5813 Dekabr, 2020
729
CƏMİYYƏT
  • A
"Tək Bakıda deyil, respublikamızın bütün ərazisində - 16 inzibati ərazi vahidində sərtləşmiş karantin rejimi dövründə hərəkət məhdudlaşdırılacaq. Bütövlükdə bu müddət ərzində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq". AZXEBER.COM xəbər verir ki, bunu "Real İntervyu"ya müsahibəsində DİN-in şöbə rəisi Elşad Hacıyev deyib. E.Hacıyev sərtləşdirilmiş karantin rejimi dövründə qurulacaq postlardan da danışıb: "Bakı-Yevlax- Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən - mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək". DİN rəsmisinin sözlərinə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan şəxslər "icaze.e-gov.az” portalı və 8103 SMS-xidmətində, eləcə də E-təbib-də təsdiqlənmiş icazələr olduqda həmin şəxslərin öz avtomobilləri ilə hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI
Sumqayıtda qardaş qardaşı BIÇAQLADI
Bəşəriyyətin YENİ BƏLASI: süni intellekt bir göz qırpımında məhv edə bilər

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı