Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44043
az

Fəxrəddin Altun: “İran Türkiyənin çətin zamanlarda yanında olduğunu unutmamalıdır”

23:3912 Dekabr, 2020
1168
SİYASƏT
  • A

“Ermənistanın Azərbaycan torpaqlarını işğalının, bundan zərər görmüş bir xalqda yaratdığı hislər, təsirli bir şəkildə dilə gətirilib və heç bir şəkildə İranın adı çəkilməyib, nəzərdə belə tutulmayıb. Qəsdən mənasından qoparılan bir şeir bəhanə edilərək prezidentimizə və ölkəmizə qarşı işlədilən təcavüzkar ifadələri qınayırıq”.

“Hürriyet”in məlumatına görə, bu sözləri Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
F.Altun bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi şeir vasitəsilə süni gərginlik yaradılmağa çalışılır.

“Cənab prezidentimiz şanlı bir mübarizə ilə Qarabağdakı işğala son qoyan Azərbaycanın qazandığı tarixi zəfərin təntənəsinə ortaq olmaq məqsədilə bu misralara nitqində yer verib. Qonşu bir ölkənin bölgənin sülhü və əmin-amanlığı adına da yeni bir səhifə açılmasına zəmin yaradan haqlı zəfərinin təntənəsini paylaşmaq əvəzinə, bir şeirin işarə etdiyi mənanı təhrif edərək mənasız bir gərginlik yaratmağa çalışmaq və bu günə qədər işğalçı mövqedə duran Ermənistanı sevindirəcək bir yanaşma nümayiş etdirməsini anlamaqda çətinlik çəkirik”, - deyə F.Altun qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Haniyənin ölümünə görə İranda HƏBS DALĞASI -Tehran kimlərdən şübhələnir?
Ərdoğan Baydenlə nədən danışıb?
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır - “Bizi bir neçə çətin gün gözləyir”

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı