Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43968
az

SON DƏQİQƏ!Ermənistan itkilərini təsdiqlədi

00:4312 Dekabr, 2020
2024
SON DƏQİQƏ
  • A

Ermənistan Səhiyyə Nazirliyi bu günə qədər Qarabağ müharibəsi zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirib.

Oxu24.com  xəbər verir ki, bu barədə “News.am”a Ermənistanın səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

“Müharibənin başlanğıcından bu günə qədər meyitlərin tanınması üçün qohumlardan 1 816 DNT nümunəsi və meyitlərdən 993 DNT nümunəsi götürülüb. 10 dekabr tarixinə qədər 256 qohum nümunəsi və 541 cəsəd nümunəsi araşdırma mərhələsindədir”, - Nikoqosyan deyib.

Onun sözlərinə görə, bu gün 302 meyitin məhkəmə-genetik tədqiqatları müəyyən edilib. Tədqiqatlar və eyniləşdirmə prosesi davam edir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölkənin insan itkisinin sayının az olduğunu iddia edib. Qeyd edək ki, müharibədə itkin düşən erməni döyüşçülərin də xeyli sayda olduğunu nəzərə alsaq, düşmənin insan itkisinin qat-qat çox olduğu məlum olur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı