Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43842
az

“Zəfər” ordeni alan general-polkovniklər...

22:3209 Dekabr, 2020
351
CƏMİYYƏT
  • A

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sfera.az xəbər verir ki, "Zəfər” ordeni ilə ilə təltif olunanlar arasında 5 general-polkovnik də var.

Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da təltif olunanlar arasındadır.

Bundan başqa, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də "Zəfər” ordeni təltif olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov da "Zəfər” ordeninə layiq görülüb.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənov, Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi Anar Kərimov da təltif olunanlar arasındadır.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin general-mayorları Aqşin Məhərrəmov, Rəsul Tağıyev və Artilleriya qoşunlarının komandanı general-mayor Ağamir Sultanov da "Zəfər” ordeni ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI
Sumqayıtda qardaş qardaşı BIÇAQLADI
Bəşəriyyətin YENİ BƏLASI: süni intellekt bir göz qırpımında məhv edə bilər

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı