Mandarini yedikdən sonra qabığlarını heçvaxt atmayın
Ümumi olaraq meyvələrin bir çoxunun vitaminlə zəngin olduğunu bilirik. Bəzi meyvələr də var ki onun özündən çox qabığı faydalıdır. Almanən, armudun qabığını soyan birini görəndə deyirik ki, vitamin onun qabığındadır. Əsla atma. Ancaq mandarin yeyəndə bunu heç fikirləşmədən qabığını atırıq. Zibil qabına atdığınız bu meyvənin qabığının faydalarını bildikdən sonra bir daha atmayacaqsınız. Mandarin qabığı müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.
Mandarinin qabıqaları çox qiymətli müalicəvi məhsuldur. Bes mandarin qabıqlarından necə faydalana bilərik?
Hazırlanma qaydası
Bunun üçün yediyiniz mandarinin qabiqlarını toplayaraq otaq tempuraturunda yada sobada quruda bilərsiniz. Mandarin qabıqları quruduqdan sonra istifadəyə hazırdır.
Harada və nədə istifadə olunur?
Ayaq göbələyi
Mandarin qabıqları ayaq göbələyini aradan qaldırır, tərkibində mövcud olan qaz və biomolekullar sayəsində mikrobları öldürür.
Öksürək
Soyuqdəymə zamanı, öskürək və bronxitdə. 2-3 qurudulmuş mandarin qabığı xırda hissələrə bölünür. Üzərinə 2 stəkan qaynar su əlavə olunur. 2 saatdan sonra süzüb, alınmış cövhər 1 çay qaşığı balla qarışdırırlar, yarım stəkan gündə 4 dəfə olmaqla isti şəkildə qəbul edirlər.
Həzm problemləri
İnsanların gündəlik həyatda qarşılaşdığı əsas problemlərdən biri də həzmdir. Mandarin qabığındakı vitaminlərin həzm problemlərindən də sizi xilas edəcəydir. Toz halına gətirdiyiniz mandarin qabıqlarını yeməklərinizə çox az miqdarda əlavə etsəniz nəticəsindən razı qalacaqsınız.
Bronxit
Yeməkdən öncə iki ədəd mandarin qabıqlarının üzərinə bir fincan isti su əlavə edərək qəbul etsəniz, bronxit problemi sizdən yan keçəcək. az öncə bildirdiyimiz kimi, tərkibindəki antioksidantlar sayəsində ağciyərə hava daşıyan kanalları açaraq, daxildə iltihabın yaranmasınınn qarşısını alır.
Dəridəki göbələk
Müntəzəm olaraq dəridəki problemli sahələrə təzə mandarin qabığı sürtülərsə dəridəki göbələk xəstəliyindən yaxa qurtarmaq olar.
Güclü bədən
İmmunitetin artması, iştahanın açılması üçün 2 xırda doğranmış mandarin qabığını 250 ml suya tökürlər, 7 gün saxlayır və yeməkdən yarım saat əvvəl 20-25 damcı qəbul edirlər.
Şirniyyatlar
Bir neçə mandarin qabığını rəndələnmiş formada keks və peçenyelərə əlavə etmək şirniyyatlara gözəl dad və qoxu qatır. Bu da onun ətirverici xüsusiyyətidir.
Otaq parfümü
Qurudulmuş mandarin qabıqlarını bir şamdanın içinə qoyun.
Sonra qabıqları azca alovlandırın və söndürün. Qabıqlardan çıxan duman ətrafa çox xoş qoxu yayacaq.
Oxu24.com
ŞƏRHLƏR