Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43753
az

Əliyevin sərəncamı və Ərdoğanın gəlişi ermənilərin manşetində: 3 min əsgər və 150 texnika növü ilə...

22:3208 Dekabr, 2020
630
ÖZƏL BÖLÜM
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək hərbi parada gəlişi təsadüfi xarakter daşımır.

Oxu24.com  xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın Bakıdakı paradın geosiyasi təsirlərindən söhbət açılan məqaləsində qeyd olunub.

Bildirilib ki, 10 dekabrda Bakıda keçiriləcək hərbi parad Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsini və Türkiyənin regional hərbi uğurunu qeyd edir. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması NATO-nun Cənubi Qafqaz və Xəzər bölgəsindəki təsir zonasının genişlənməsini simvolizə edir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda Qələbə Gününün təsis edilməsi barədə sərəncamına və dövlət mediasının bu qələbəni çoxəsrlik milli tarixin əlamətdar hadisəsi kimi şərh etməsinə xüsusi diqqət çəkilib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradının fəxri kürsüsündə qonaq qismində iştirakı Türk qardaşlığının açıq təsdiqidir" sözləri də qeyd olunub.

Bildirilib ki, Türkiyənin "iki dövlət, bir millət" düzgün və möhkəm xarici siyasət konsepsiyası "iki dövlət - bir ordu" və vahid komanda mərkəzinin məntiqi davamı olacaq.

Qeyd edək ki, Bakıda qələbəyə həsr olunmuş hərbi parad üçün təlim davam edir. Paradda 3000-dən çox hərbi qulluqçunun və 150-yə yaxın hərbi texnikanın iştirakı nəzərdə tutulub. Paradda Vətən müharibəsi zamanı düşməndən ələ keçirilmiş qənimətlərin bir qismi də nümayiş olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı