Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43601
az

SON DƏQİQƏ! DTX əməliyyat keçirdi: Yaralı hərbçilərimizin pulunu oğurlayan şəxs tutuldu

09:5207 Dekabr, 2020
1555
HÜQUQ
  • A

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

Oxu24.com -un  Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin  şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hazırda araşdırmalar davam edir. 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Polisi 106 yaşında
Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib
ABŞ ATACMS-i əvəz edəcək yeni raketi sınaqdan keçirib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ötən ay dövlət sərhədini pozmağa çalışan 30 nəfər saxlanılıb - DSX