Vətən Müharibəsində bir çox igidlərimiz qəhrəmanlıq göstərərk tarixə düşdü. Biz onların bəzilərini tanısaq da bir çoxlarından hələ də çoxumuzun xəbəri yoxdur.
44 günlük müharibə başlayan zaman bir çox könüllü igidlər cəbhəyə yola düşdü.
Onların arasında Ucar rayonu,Qarabörk kənd sakinləri Allahverdiyev Əli və Allahverdiyev Valeh də var idi.
Oxu24.com hər iki əsgərin döyüşə yola düşməsi ilə bağlı maraqlı tarixçəni təqdim edir:
Azərbaycanın unudulmaz generalı Polad Həşimov Şəhid olan zaman bir çox vətən övladları onun qisasını almaq üçün ayağa qalxdı. Bu zaman bir çox şəxslər könüllü olaraq orduya yazıldı. O zaman hələ müharibə başlamamışdı. Həmin vaxt könüllü olaraq Orduya yazılanlar arasında Allahverdiyev Əli də var idi. İki bacının tək qardaşı heç nəyə baxmayaraq Vətən uğrunda vuruşmağa hazır olduğunu qarşısına məqsəd qoydu. O,həmin zamanın gəlməsini gözləyirdi.
Həmin gün gəldi....
27 sentyabr 2020-ci il tarixi. Səhər tezdən hər kəs döyüşlərin başladığı xəbəri alır. Bir müddət öncə könüllü olaraq orduya yazılan Əli və Valeh artıq həmin anın yetişdiyini deyərək SHXÇDX-nın Ucar rayon şöbəsinə gedir. Əli Allahverdiyev müəyyən prosesləri keçdikdən sonra avtomobilə minib cəbhəyə yola düşən zaman yaxın dostu və qonşu olduğu Valeh onu tək buraxmayacağını deyərək onunla birgə hərbi maşına minib.
Bu səhnə zabitləri də bir növ şoka salıb. Onlar buna mane olmaq istəsələrdə Valeh Allahverdiyev inadından dönməyib. O, da könüllü olaraq döyüşçülər olan hərbi maşına minərək bölgəyə yollanıb.
"Əlini tək qoymayacam,sona qədər onunla bir yerdə olacam", deyərək bir növ özündən kiçik olan dostuna dəstək çıxıb. Onun hərbiyə yollanmasından evdə heç kimin xəbəri olmayıb.
Hətta iki azyaşlı övladını evdə qoyaraq Vətən uğrunda döyüşə yollanıb. Hər iki qəhrəmanımız Vətənin azadlığı üçün sona qədər xidmət göstərərək qələbənin qazanılmasında öz bəhrələrini veriblər. Bu gün hər iki qəhrəman bölgədə xidmətini davam etdirir.
Oxu24.com
ŞƏRHLƏR