Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4339
az

DİQQƏT ucuz maşın var! Bağlanan bankların maşınları satışa çaxarılır

11:1908 Avqust, 2018
2079
CƏMİYYƏT
  • A
 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnika Bank”, “Atra Bank”, “Kredo Bank”, “Bank of Azerbaijan” və “Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

Fonddan Oxu24.com-a verilən xəbərə görə, 20 lot üzrə əmlak 1-ci dəfə, 9 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır.

Sentyabrın 3-də keçiriləcək hərracda investorlara 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd POS-terminal təklif ediləcək.

Hərrac açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında olacaq.

Xatırladaq ki, ADIF indiyə qədər hərraclarda ləvedicisi olduğu “Bank Standard” QSC, “Texnika Bank”, “Bank of Azerbaijan”, “Zamin Bank”, “Deka Bank" və “Royal Bank” ASC-lərə məxsus 17 ədəd avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, 4 lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi evi, Qubada qeyri-yaşayış sahəsi, İsmayıllıda isə torpaq sahəsi satıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...