Dünyanın ən güclü silahlanan ölkəsi İsraildir. Sfera.az xəbər verir ki, bu barədə Almaniyada Sülh Araşdırmaları İnstitutu (BICC) tərəfindən yayımlanan Qlobal Silah İndeksi (GMI) hesabatında qeyd olunub.
Bildirilib ki, 20 milyard dollarlıq hərbi xərcləri ilə İsrail 2007-ci ildən bu günə qədər lider olaraq qalır.
Siyahıda 10-luğa Bəhreyn, Səudiyyə Ərəbistanı, Sinqapur, Rusiya da daxil edilib.
Yunanıstan isə hesabata görə, 12-ci sıradadır. Ölkə Şərqi Aralıq dənizindəki gərginlikdən sonra Türkiyə ilə qarşı-qarşıya gəlib və son dövrlər silahlanmağa başlayıb.
Türkiyə isə siyahıda 20-ci sırada qərarlaşıb.
Oxu24.com
ŞƏRHLƏR