Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43370
az

Rusiyadan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

13:0204 Dekabr, 2020
747
REDAKTORUN SEÇİMİ
  • A

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər. Bu çərçivədə Xankəndi şəhərinin ətraf əraziləri minalardan təmizlənməyə başlanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rus sülhməramlıları Qarabağdakı sosial obyektlərin minalardan təmizlənməsinə davam edir.

Gün ərzində rus sülhməramlılarının partlayıcı maddələri çıxarmaq üçün Xankəndinin cənubundakı ərazinin böyük bir hissəsində axtarış aparıb. Ərazidə aparılan mühəndis tədqiqatı zamanı 10 kütləvi sursat aşkar edilib.

Aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Təhlükəsiz bir şəkildə təxliyə edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri yerindəcə məhv edilir.

Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri 45 hektardan çox ərazini, 14 kilometrdən çox yolu təmizləyib və 1120-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası necə olacaq?
Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı:İyulun 3-ü axşamadək...

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video