Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43286
az

SON DƏQİQƏ! Azərbaycanın itkin hərbçilərinin sayı açıqlandı

15:2203 Dekabr, 2020
862
REDAKTORUN SEÇİMİ
  • A

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 100 nəfərdən çox hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

"Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır.

Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhidin arvadı və uşaqları oğurlanıblar? - Rəsmi AÇIQLAMA
Sabahın havası necə olacaq?
Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı