Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43178
az

Paşinyan onlarla vətəndaşı həbs etdirdi - Ermənistanda qalmaqal bitmir

11:5202 Dekabr, 2020
339
SON DƏQİQƏ
  • A
Qarabağda atəşkəsi təmin edən 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra etiraz aksiyalarına başlayaraq Ermənistanın Milli Məclis və hökumət binalarına zorla daxil olanların aqibəti bəlli olub. Publika.az xəbər verir ki, iğtişaşlar və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair ictimai çağırışlar törətməkdə şübhəli bilinən 18 nəfər həbs edilib, daha 32 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, iğtişaşlarda iştirak edənlər ölkənin ikinci prezidenti Robert Köçəryanın tərəfdarları, Daşnaksütyun partiyasının üzvləri, alternativ ictimai təşkilatının üzvləri, Ermənistan Respublika Partiyasının tərəfdarları, keçmiş deputatların köməkçiləri olub. Onlar Ermənistan Cinayət Məcəlləsinin 225-ci maddəsi (zorakılıq, kütləvi hadisələr, yandırma, əmlakın dağıdılması və ya zədələnməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və törədilməsi, kütləvi iğtişaşlar zamanı hökumət nümayəndəsinin qanuni tələblərinə ciddi şəkildə tabe olmama), maddə 301 (Ermənistanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar), 301.1-ci maddənin 1-ci hissəsi (Prezidentə, Milli Məclisə, hökumətə və ya Konstitusiya Məhkəməsinə qarşı zorakılıq təhdidi) ilə ittiham olunur. İğtişaşlarda iştirak edən 250 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bildirilib ki, qiyam iştirakçılarının böyük əksəriyyəti məcburi hərbi xidmət keçməyib və 2020-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak etməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Basdırılmış meyiti tapılan qız tələbə imiş