Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43044
az

Azərbaycan hərbçilərinin qüdrəti erməniləri dəhşətə gətirib: “Onların hücumu əzrayılın gəlişi kimi idi”

21:3230 Noyabr, 2020
838
DÜNYA
  • A

İkinci Qarabağ Müharibəsində yaşanan hadisələri danışan erməni əsgər Azərbaycan Silahlı Qüvvələrindən necə qorxduqlarını dilə gətirib.

“Yerevan Today” xəbər verir ki, Fransadan Qarabağa gedərək, Azərbaycan ordusuna qarşı vuruşan erməni üç-dörd azərbaycanlı hərbçinin 20-30 ermənini məhv etdiyini deyib:

“Azərbaycan əsgərlərinin hücumu ölüm mələyinin gəlişi kimi idi. Üç-dörd nəfər gəldilər, 20-30 nəfər silahlı ermənini səngərdə öldürdülər və həmin vaxt da gözdən itdilər. Onları gecə ova çıxan ac qurdlara bənzətdik”.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri əsasən gecə və dumanlı havalarda hücuma keçiblər:

“Nə vaxt gələcəklərini bilmək üçün səngərlərin qarşısına çipsi tökürdük”.

O, erməni əsgərlərin döyüş meydanından qaçması xəbərlərinə cavab olaraq deyib ki, “1500  erməni əsgərin 5-6 nəfərin qarşısından qaçdığını deyirlər, bizi qınayırlar. Bəli, qaçırdıq, əgər qaçmasaydıq mütləq öləcəkdik”.

Erməni əsgər Şuşada baş verənlər barədə də danışıb:

“Onları yolda gözlədik, amma gördük ki, yanımızdadırlar. Qorxunc döyüş idi. Qarabağ uğrunda təkrar vuruşacağımızı deyirlər. Bu döyüşləri görən əsgərlər və ya zabitlər çətin ki, bir daha Qarabağda vuruşsunlar”. (oxu.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağdakı sülhməramlıların komandanı
Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi
Rusiya Xarkov və Zaporojye istiqamətində irəlilədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi