Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı əldə etdiyi zəfərdə Silahlı Qüvvələrin bir çox qoşun növü xüsusi qəhrəmanlıq göstərib.
BAKU.WS xəbər verir ki, bunların arasında "Dəniz pişikləri"ni xüsusi qeyd etmək olar.
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən əsasən dənizdə, quruda, sahilyanı ərazilərdə, sualtında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan Dəniz Piyadaları SAH-SAM dəniz xüsusi təyinatlıları da Vətən Müharibəsində aktiv iştirak edib.
Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, az sayda olsalar da keçirdikləri əməliyyatlarda saylarından qat-qat çox düşmən məhv edib, çox sayda qənimət götürüblər: "Bir neçə yaşayış məntəqəmizdə, o cümlədən Qubadlı şəhərində bayrağımızı qaldırıblar. Döyüşlərdə SAT-larımız 9 şəhid verib.
Digər qoşun növündə döyüşən zabitimiz deyir ki, "Morskoy kotiklər" ("Dəniz pişikləri") döyüşə girəndə elə bil tank girirdi. Çox peşəkarlıqla döyüşürdülər. Sanki illərdir müharibədə böymüşdülər. Qorxu deyilən şey yox idi. Onlar yaxınlığımızda olanda rahatlıq tapırdıq.
Təsəvvür edin, onların bir bölükdən az şəxsi heyəti düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb, qaçmağa məcbur edir. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərlərini öldürdü. Geridə qalmış şəhidlərimizin cəsədlərini götürdülər".
Oxu24.com
ŞƏRHLƏR