Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42865
az

Ermənilərin BAŞINA PUL QOYDUĞU “Əfsanəvi Rembo” ləqəbli Şəhid Xüsusi Təyinatlımızı tanıyaq

21:0728 Noyabr, 2020
3918
HƏRBİ
  • A

Füzuli uğrunda qızğın döyüşlərdə böyük şücaət göstərərək, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı mayor Qaflanov Şıxamir Oruc oğludur. Qaflanov Şıxamir 1986-cı ilin 7 dekabrında Zaqatala rayonunun 3-cü Tala kəndində anadan olub.

O, bir çox rayon və kəndlərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.

Ailənin yaxın qohumlarından saytımıza verilən məlumata görə, Q.Şıxamir dünyanın ən ağır kurslarından olan Komando və Komando İHTİSAS kurslarında təhsil alıb. Belə ki, 2016-cı ildə Türkiyənin İzmir şəhərində yerləşən Jandarma Qüvvələrinin FOÇA Komando kursunu keçib. 2016-cı ildə xüsusi təyinatlı dəstə Komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət edib. 25 fevral 2019-cu il tarixdə Türkiyənin İzmir şəhərində yerləşən Jandarma Qüvvələrinin FOÇA Komando İHTİSAS kursuna başlayıb və 31.05.2019 cu il tarixdə həmin kursu bitirib.

Bildirilir ki, Q.Şıxamir dəfələrlə Ordumuzun mühasirəyə düşən digər Xüsusi Təyinatlı dəstələrini xilas edib. Yeganə dəstə mayor Qaflanov Şıxamirə məxsus idi ki, özünün şəhid olduğu döyüşlərə qədər onun bölməsindən heç kim şəhid olmamışdı. Yayılan məlumatlara görə, erməni saytlarında onun başına pul qoyulmuşdu. Düşmənin heç bir dəstəsi Q.Şıxamirin bölməsinə qarşı çıxa bilmirdi. Yaxınlarının döyüş yoldaşlarından və yüksək rütbəli komandirlərindən öyrəndiyinə əsasən, Q.Şıxamir böyük risklərə girərək əməliyyatlardan uğurla ayrılırdı. Şücaətinin və taktiki gedişlərinin nəticəsi olaraq komandirlərinin ona “Əfsanəvi Rembo” ləqəbini verdiyi deyilir.

Qaflanov Şıxamir Vətəninə çox bağlı olan və torpaqların azad edilməsi üçün yüksək döyüş motivasiyası sərgiləyən bir Xüsusi Təyinatlı idi. Ailəsinə qarşı çox qayğıkeş və mehriban olduğunu öyrəndik. 2019-cu ilin 21 iyul tarixində ailə həyatı qurub. Ata olmaq ən böyük arzularından biri idi. Ancaq Vətən sevgisi o qədər yüksək idi ki, öz övladı dünyaya göz açdığı anda yanında ola bilməyib. Övladı 21 gün küvəzdə həyat mübarizəsi aparıb. Ancaq şəhid mayorumuz qızının da özü kimi mübariz, dözümlü olduğunu və yaşayacağını deyib. Belə də olub. Övladının 40-cı günündə onu görmək qəhrəmanımıza nəsib olub. Allah Rəhmət Eləsin!(News24.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi