Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42800
az

Snayperlə 89 ermənini öldürən kəşfiyyatçımız - Onu siz də tanıyın (VİDEO)

22:2127 Noyabr, 2020
19531
  • A

“Şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin”.

Oxu24.com xəbər verir ki, bu sözlər İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədliyə aiddir. 89 ermənini məhv edən şəhidimiz yaralı olan zaman xalası oğlu Rafaelə mesaj yazaraq son arzusunu çatdırıb…

Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gəlib. 2000-ci ildə Saloğlu qəsəbə Asim Namazov adına tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. Uşaqlıqdan vətənpərvər ruhda böyüyən Rüfət 2012-ci ilin aprelində Vətənə müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Ordu sıralarında olan zaman döyüşçü yoldaşlarının, dostlarının hörmətini, məhəbbətini qazanıb. 2013-cü ilin oktyabr ayında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirib və xidməti başa vuraraq evə qayıdıb.

2014-cü ilin iyun ayının 21-də ailə həyatı qurub. Elə həmin ildə də yenidən ordu sıralarına qayıdıb. O, N saylı hərbi hissəsdə MAXE kimi Vətənə xidmət etməyə başlayıb. Rüfət kəşfiyyatçı ixtisası üzrə tam kurs keçib, 2015-ci ildə nümunəvi hərbi xidməti, döyüş və ictiami-siyasi hazırlığında əldə etdiyi nailiyyətə görə, fəxri fərmanla təltif olunub.

2016-cı ilin mayın 14-də “ən yaxşı kəşfiyyatçı snayper” adı uğurunda keçirilən yarışda birinici yerə layiq görülüb və fəxri fərmanla təltif edilib. Həmin il Türkiyədə 1 aylıq kursda iştirak edib və kursu nailiyyətlərlə başa vurub.

Rüfət Məmmədli 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə bir il sonra ona kiçik gizir rütbəsi verilib. 2017-ci ilin may ayında keçirilən “ən yaxşı kəşfiyyatçı snayper” adı uğurunda yarışda birinci yerə layiq görülüb. O, yenə fəxri fərmanla təltif edilib.

Rüfət qəlbində Vətən sevgisi, torpaq istəyi olan cəsur bir döyüşçü kimi 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində iştirak edib. O, komandirləri tərəfindən verilən bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirib. Senytabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman isə Rüfət könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. O, erməni işğalçılarına qarşı gedən Vətən Müharibəsində bacarıqlı bir hərbi qulluqçu kimi igidliklər göstərib. Məmmədli eyni zamanda düşmənə qarşı aparılan döyüş əməliyyatları vaxtı komandirlərinin verdiyi bütün tapşırıqları nümunəvi bir şəkildə yerinə yetirib. Xüsusi qəhrəmanlıqları ilə seçilən Rüfət bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib. Şuşa uğurunda gedən döyüşdə - noyabrın 8-də qəhrəmançasına həlak olub. Şəhidlik zirvəsinə yüksələn Məmmədlinin ölümündən sonra döyüş yoldaşları uğurunda döyüşdüyü Şuşanı işğaldan azad edib. Noyabrın 12-də Saloğlu kəndində dəfn olunub.

Torpaq uğurunda canından keçən Rüfətin 2 azyaşlı övladı Vətənə əmanət qaldı…

Döyüş yoldaşlarının sözlərinə görə, Rüfət İkinci Qarabağ Müharibəsində 89 erməni əsgər və zabitini öldürüb və ona “Əjdaha” ləqəbi verilib. Bildirilir ki, o, Şuşada düşmənə məxsus hərbi avtomobillərin sürücülərini snayperlə məhv edib. Hətta döyüşlərdə Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli zabitlərini də öldürüb. Qeyd edilir ki, Məmmədli döyüş zamanı təkbaşına düşmən postuna daxil olaraq onları məhv edib.

Rüfət artıq aramızda yoxdur, onun isə son bir arzusunu biz heç vaxt unutmayacağıq. Doğulub boya-başa çatdığı kəndində onun adına daim suyu gələn bir bulaq… İnşallah tezliklə cənnətdə arzuna çatarsan, cənab gizir!

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Ruhun şad olsun, Məmmədli!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Tovuzda baş verən qəzada ölənlərin sayı    7-yə     çatdı