Azərbaycan tərəfi bu gün erməni tərəfinə daha 5 nəfər hərbçinin meyitini təhvil verib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Sputnik Armeniya saytı yayıb.
Saytın bildirdiyinə görə, meyitlər Hadrut qəsəbəsində məhv edilmiş erməni hərbçilərinin meyitləridir. Meyitlər xeyli müddət ərazidə qaldığında onların şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.Hazırda meyitlərin axtarışları davam edir.
Qeyd edək ki, ötən gün Rusiyanın RusVesna xəbər portalı Şuşa ətrfından iki min hərbçinin meyitinin toplandığını bildirib.
Miri Məcidli
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR