Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42755
az

Sabiq deputatımız ermənilərə un göndərirmiş? - DETALLAR

13:5127 Noyabr, 2020
6406
ÖZƏL BÖLÜM
  • A
Şirkət ermənilərə un göndərib? Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı Qarabağın ərazisində yaşayan ermənilərə paylanan un məhsulları ilə bağlı gündəmə gəlib. Məsələ burasındadır ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardımla bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə "Karmen” sözü oxunur. "Karmen” ticarət markası keçmiş deputata məxsus "Karat” MMC-yə məxsusdur və onun çoxsaylı dəyirmanlarında istehsal olunan un və un məhsulları bu adla satışa çıxarılır. Rusiya Müdafiə Nazirliyinin yardımla bağlı yaydığı fotolardan birində görünür ki, Əsabil Qasımovun şirkətinin istehsal etdiyi "Karmen” unu ermənilərin istifadəsindədir. Həmin unların kisələrlə Rusiya tərəfindən humanitar yardım olaraq Xankəndinə aparıldığı və ya ermənilərin digər mənbədən əldə etdikləri bilinmir. Əsabil Qasımov deputat olduğu zamanlardan bəllidir ki, o, Azərbaycandan kənarda özünə geniş biznes yaradıb. Sabiq deputatın 2010-cu ildən Qazaxıstanda "Carkulskiy Elavator” taxıl kombinatı fəaliyyət göstərir. "Carkulskiy Elavator” Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6 min ton təşkil edir. "Carkulskiy Elavator”un əsas səhmdarları eks-deputata məxsus "Karat”, "Karmen”, "Aveta” və "Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov və 10-a yaxın qohumu var. Həmin məhsulların Rusiya tərəfindən Qazaxıstandan alınaraq Ermənistana, oradan isə Xankəndində yaşayan ermənilərə çatdırılması istisna deyil. Digər bir versiyaya görə, Xankəndinə "Karmen” unları Gürcüstandan aparılıb. Əsabil Qasımovun Gürcüstanda 3 min hektara yaxın torpaq sahəsinin olduğu deyilir. Bu baxımdan "Karmen” un və un məhsulları məhz Gürcüstan vasitəsilə Ermənistana, oradan isə Xankəndinə aparıla bilər. Gürcüstan bazarının un tələbatının 50 faizinin Əsabil Qasımovun şirkətinin nəzarətində olduğu haqda da məlumatlar var. Gürcüstan bazarından ermənilər tərəfindən un alınaraq, Ermənistan ərazisi vasitəsilə Dağlıq Qarabağda olan mülki ermənilərə satılır. Bu problem əvvəllər də yaranıb. Son 10 il ərzində Əsabil Qasımov Milli Məclisin üzvü olduğu dönəmlərdə də dəfələrlə onun şirkətinin istehsalı olan un və un məhsullarının Ermənistanda satışda olması haqda xəbərlər, fotofaktlar yayılıb. Hətta Əsabil Qasımov deputat kreslosunda oturduğu günlərdə belə iddialar da vardı ki, "Karmen” sözündəki ilk hərfi, yəni "K”nı çıxdıqda "Armen” sözü alınır və ticarət markası olaraq da adın seçilməsi bu məqamdan qaynaqlanıb. Bununla belə, uzun illərdir ki, Əsabil Qasımovun müxtəlif dövlətlərin ərazilərində yerləşən şirkətlərinin istehsalı olan un məhsullarının Ermənistanda satılmasına münasibəti bəlli deyil. Onun bu məsələdə biznes maraqlarını, yoxsa milli maraqları əsas götürməsi də bilinmir. Gedişat belə ehtimal irəli sürməyə imkan verir ki, eks-deputat daha çox biznes maraqlarına üstünlük verir. Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu "Karat Holdinq”in tərkibinə-Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market” daxildir. Gürcüstan bazarını nəzarətdə saxlamağa imkan verən un dəyirmanları da Əsabil Qasımovun ailə şirkəti olan "Karat Holdinq”ə məxsusdur. (musavat.com) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi