Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42639
az

SON DƏQİQƏ! Fransa səfirliyinin önündə aksiyalara start verilir

23:0825 Noyabr, 2020
526
SON DƏQİQƏ
  • A

Azərbaycanda Fransa səfirliyinin önündə aksiyaların keçirilməsinə start veriləcək.
Bu barədə BAXAR.AZ-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib:

"Təcili olaraq Fransanın buradakı səfiri qovulmalıdır, bizim səfir geri çağrılmalıdır. ATƏT-in Minsk qrupuna daxil olan dövlətin belə bir qərar qəbul etməsi yolverilməzdir. Bu qrupdan imtina etmək lazımdır. Çünki, artıq "qırmızı xətt" keçilib.

Fransanın Azərbaycanda nə qədər şirkəti varsa, hamısı əllərindən alınıb, embarqo qoyulmalıdır. Paşinyanı iti qovan kimi qovduğumuz kimi onları da qovmaq lazımdır. Biz, Müasir Müsavat Partiyası olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsini müzakirə edəcəyik. Lazım olarsa, ardıcıl olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaları keçirəcəyik. Azərbaycan cəmiyyəti bir olaraq dövlətin, ölkə başçısının yanındadır!"

Qeyd edək ki, Fransa senatı ölkə hökümətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı noyabrın 25-də tanımağa çağıran qərarı qəbul edib. Bu barədə məlumatı "TASS" yayıb.  Səsverməyə qatılan 306 senatordan 305-i qərarın qəbul edilməsinə səs verib. Fransa Xarici İşlər Naziri Baptiste Lemoine bildirib ki, qondarma respublikanın tək tərəfli tanınması kimsəyə fayda verməyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki general ehtiyata buraxıldı
“Uşaq xəstə olub...” - Əhmədin dayısı
Ağır qəza: Ölən və yaralılar var

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar