Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42488
az

Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edir - VİDEO

10:2724 Noyabr, 2020
472
OXU24 TV
  • A

Rus mühəndis bölmələrinin hərbi qulluqçuları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Oxu24.com   xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Rusiya mühəndislik bölmələri sülhməramlı müşahidə postları ilə ümumi istifadə yolları arasındakı marşrutlarda mühəndis kəşfiyyatı və minalardan təmizlənmə ilə məşğul olur, yaşayış məntəqələri və yaşayış məntəqələrinin sosial infrastrukturu ərazilərində baxış aparır və əraziləri minalardan təmizləyir.

Kəşf edilmiş döyüş sursatları və partlayıcı maddələr tullantı poliqona aparılır və partladılaraq zərərsizləşdirilir. Tullantı poliqonuna köçürülə bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerindəcə məhv edilir.

Qeyd olunub ki, partlayıcı əşyaların aşkarlanması istiqamətində ərazinin araşdırılması üzrə işlərin mərhələlərindən biri Rusiya sülhməramlılarının xidməti üçün stasionar postların tikiləcəyi mövqelərin öyrənilməsidir.

Minalardan təmizlənməyə qatılan hərbi qulluqçular müasir qoruyucu kostyumlarla və partlayıcı obyektlərin axtarışı üçün müasir vasitələrlə - IMP-S2 və INVU-3M mina detektorları ilə təchiz olunublar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub