Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42481
az

Azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri təşvişə saldı

09:4224 Noyabr, 2020
420
  • A

Şuşadan Qorisə (Laçın dəhlizi) gedən yolda Azərbaycan hərbi formasında bir qrup silahsız insanın görünməsi Ermənistanda panikaya səbəb olub.

  
Oxu24.com  xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazıb. Agentliyin iddiasına görə, onlar Şuşaya gedən yolların kəsişməsində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqələrinin yaxınlığında deyilmişlər.

İndiki halda Azərbaycan forması geymiş şəxslər Stepanakert (Xankəndi) tərəfdən Şuşaya ikinci girişdən bir neçə kilometr aralıda, nəzarət məntəqələrinin ərazisindən kənarda olublar.

 

Agentliyin müxbiri David Qalstyan Azərbaycan Ordusunun formasını geymiş iki nəfərin birbaşa yolda dayandıqlarını, guya yoldan keçən avtomobilləri saxlamağa çalışdıqlarını bildirib. 4-5 nəfərlik başqa bir qrup isə yoldan bir az aralı, hansısa binanın yanında dayanıbmış. Onlarda silah görən olmayıb. Yanlarında iki at var imiş. Təhlükəsizliyə görə yoldan keçən sürücülər  maşınlarını saxlamayıblar.

 

Müxbirlər gördükləri barədə Lisagor qəsəbəsi yaxınlığındakı erməni polisinə, habelə Rusiya sülhməramlılarına və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına məlumat veriblər.

 

Ermənistan MTX-dan jurnalistlərə bildiriblər ki, "marşrutun həmin hissələrində belə insident qeydə alınmayıb".

 

Bununla yanaşı, erməni polisləri jurnalistlərə bildiriblər ki, həmin şübhəli adamlar qrupu barədə onlara əvvəllər o ərazidən keçmiş digər şəxslər də məlumat veriblər.Virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rubl neçəyə oldu? - MƏZƏNNƏ
Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video