Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42170
az

Azərbaycan ordusu Qarabağda Ermənistanın 5 “Tor” kompleksini məhv edib

15:4920 Noyabr, 2020
577
HƏRBİ
  • A

Rusiyanın hərbi-sənayesinin istehsalı olan “Tor -M2KM” zenit-raket kompleksləri Qarabağda gedən müharibə zamanı “pis nəticə” göstərib. Virtualaz.org xəbər verir ki, bu haqda Çinin hərbi tematika üzrə ixtisaslaşmış “Sina” portalı yazır.

Bildirilir ki, bundan əvvəl Suriyada sınaqdan keçirilmiş “Tor” kompleksləri Qarabağda tamamilə qeyri-effektiv olub. Azərbaycan ordusu Ermənistanın Rusiyadan aldığı beş belə kompleksi məhv edə bilib.

 

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri vəzifəsindən istefa verən general Movses Akopyan baş nazir Nikol Paşinyanı Rusiyadan daha çox “Tor” kompleksləri almamaqda, nəticədə Qarabağda hava məkanının yetərli müdafiəsini təmin edə bilməməkdə günahlandırmışdı. General Movsesin fikrincə Ermənistan Rusiyadan Su-30SM qırıcılarını döyüş sursatlarsız almaqdansa həmin pula iki diviziyon “Tor” kompleksi almalıydı.

Lakin Movses bunu nəzərə almırdı ki, Azərbaycan ordusu nəinki “Tor” zenit-raket komplekslərini, eləcə də Ermənistanın silahlanmasında yer alan bütün S-300 zenit-raket komplekslərini məhv edib. Həmin komplekslər döyüş mövqeyinə çıxarılan kimi Azərbaycan ordusu onlara ya “Bayraktar” pilotsuz zərbə təyyarələrindən raket zərbəsi endirib, ya da yüksək dəqiqlikli kamikadze-dronları bu komplekslərə yönəldib. Nəticədə işğal altındakı ərazilərimiz üzərində hava məkanını qısa müddətdə açıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM