Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42148
az

Vahid Əhmədov: “Bayrağımız Xankəndi, Xocalı və Xocavəndə dalğalanmalıdır”

12:1020 Noyabr, 2020
405
CƏMİYYƏT
  • A

Fransa hər zaman Ermənistanın yanında olub, onu müdafiə edib. Prezident Makronun müraciəti, Paris merinin mövqeyi ortadadır.

Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. Deputat təklif edib ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmasına dair bəyanat hazırlasın.

Deputat parlamentdə səsləndirilən bütün fikirlərlə razı olduğunu ifadə edib: “Fransanın bütün fəaliyyəti ATƏT-in Minsk Qrupunu fəallaşdırmağa xidmət edir. Biz də çalışmalıyıq ki, əgər bu baş versə Türkiyə həmsdərlərdən biri olsun”. Vahid Əhmədov deyib ki, dekabrın 1-nə qədər Laçın və Kəlbəcər də Azərbaycana qaytarılacaq: “Artıq Ağdam Azərbaycana qaytarılıb. Sözsüz ki, Ağdamda, Laçında və Kəlbəcərdə Azərbaycan dövlət bayrağı dalğalanacaq. Mən istərdim ki, bayrağımız Xocalı, Xocavənd, Xankəndində də dalğalansın. Əlbəttə, bunun üçün zaman lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev bunun üçün ortaya ciddi siyasi iradə qoyub. Hesab edirəm ki, Milli Məclis olaraq bizdə bu işdə fəal olmalıyıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ