Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41848
az

44 gün davam edən “taktiki geriçəkilmə”: Paşinyan erməniləri necə aldatdı?

18:3517 Noyabr, 2020
554
DÜNYA
  • A

Ordumuz düşmənin 30 il ərzində qurduğu müdafiə xəttini darmadağın edib irəliləyəndə, işğalçıları iti qovan kimi qovanda Ermənistan rəsmiləri bunun “taktiki geriçəkilmə” olduğunu deyirdilər. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyanın dilindən “hər şey plana uyğun gedir, əsgərlərimiz daha yaxşı mövqe əldə etmək üçün geri çəkiliblər” sözləri düşmürdü. Müharibə boyunca Ovannisyana “geriçəkilmə” ləqəbinin verilməsi də təsadüfi deyildi.

Sentyabr 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 illik “güclü ordu” mifini darmadağın etdi.

Cəbrayıl azad olunanda Ermənistan rəsmiləri bəyan etdilər ki, bu, onların “taktiki geriçəkilməsi”dir.

Hadrut azad olunanda qəsəbənin erməni dilində adı yazılmış plakatını hazırlayaraq, önündə foto çəkdirib “biz Hadrutdayıq” adı ilə erməni cəmiyyətinə sırıdılar. Ovannisyan guya Hadrutdan canlı yayıma çıxırdı.

Füzulinin, Qubadlının, Zəngilanın və digər ərazilərin azad edildiyi vaxt da Ermənistanın hərbi-siyasi rəhbərliyi öz xalqını aldatmaq məqsədilə eyni taktikanı seçdi: feyk məlumatlar və görüntülər hazırlanaraq, erməni ictimaiyyətinə servis edilirdi.

“Biz qələbə çalacağıq”. Bu, Ermənistan rəhbərliyinin xalqını aldatmaq üçün istifadə etdiyi əsas şüarı idi. 44 günlük müharibəni Azərbaycan cəbhədə, Ermənistan isə sosial şəbəkələrdə apardı desək yanılmarıq.

İşğalçı ölkə informasiya siyasətini bütün vasitələrlə Azərbaycanın qələbəsinin inkarçılığı üzərində qurdu. Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatdı ki, müstəqil informasiya kanallarına, sosial şəbəkələrə müharibə bəhanəsilə çıxışı qapadılmış sadə ermənilər hətta Ermənistan ordusunun Bakıya çatdığını zənn etməyə başladılar.

Bu saxta təbliğatın istiqamətlərindən biri də Azərbaycan Ordusunun itkiləri ilə bağlı idi. Misal üçün, Azərbaycan və Türkiyə sənət adamları, yaxud tanınmış şəxslərinin fərbi formada olan fotoları paylaşılır, “Azərbaycanın yüksək rütbəli zabiti öldürüldü” deyə təqdim olunurdu.

Türkiyəli müğənni Tarkan, Sərdar Ortac, eləcə də azərbaycanlı müğənni Səyyad Aran və digərləri erməni təbliğatının “qurban”ları sırasında idi. Ermənistanın təbliğat maşını internet üzərindən “türk əsgər” sözünü axtarışa verir, hərbi forma geyinmiş hər kəsi Azərbaycan Ordusunun “ölüm siyahısı”na əlavə edirdi.

Nə qədər gülünc olsa da, məğlub olan işğalçı ölkə 44 gün ərzində erməniləri inandırmaq üçün hər şeyə əl atdı. Bunun acı nəticəsi ilə ilk növbədə erməni gəncləri üzləşdilər. Çoxsaylı erməni gənci yalan təbliğata aldanaraq, döyüşə gəlir və reallıqla üzləşəndə baş verənlərin fərqinə varırdılar.

Könüllü dəstələrin birində komandirlə əsgərin mübahisəsi belə nümunələrdən biridir: komandir könüllülərə döyüşməyə əmr edir, əsgərlər isə “bizi ölümə göndərirsiniz” deyə cavab verirdi. Digər bir videogörüntüdə erməni əsgərlər mövqelərini tərk edir, komandirin əmrinə açıq şəkildə tabe olmurdu.

Paşinyan hakimiyyəti isə reallığı erməni xalqından gizlətmək üçün despotik addımlar atdı:

- Sosial media ciddi nəzarətə götürüldü;
- Neqativ yazanlar, reallığı dilə gərirənlər təqib və həbs edildi;
- Müstəqil media bloklandı, saytlara giriş məhdudlaşdırıldı;
- Müstəqil ekspert kimi təqdim edilən hakimiyyətyönümlü influenser davamlı olaraq cəmiyyətə feyklər ötürdü;
- Teleqram kanallarında Baqramyan-26, Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi tipli müxtəlif feyk maşınları erməni xalqını mümkün olduqca həqiqətdən kənar saxladı;
- Hətta reallıq ortaya çıxanda bir qrup erməni İrəvanın mərkəzi küçələrinin birində yerləşən binanın zirzəmisində Paşinyanın “trol fabriki”ni aşkarlayaraq, videolentə də aldılar;

Bu resurslar Azərbaycan Ordusunun hər qələbəsini, şəhər, qəsəbə və kəndləri azad etməsini saxtakarlıqla ört-basdır etməyə, Ermənistan silahlı qüvvələrinin geri çəkilməyə məcbur edilməsini guya taktiki addım kimi izah etməyə çalışdı.

Baş nazir Nikol Paşinyandan tutmuş Ermənistan Müdafiə Nazirliyinin təmsilçiləri Şuşan Stepanyana, Artsrun Ovannisyana və digərlərinə qədər hamı hər gün yalan danışdı. Yaradılmış informasiya vakuumunda bu, müvəqqət ieffekt versə də, son nəticədə hər şeyin üstü açıldı.

Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Paşinyanın təbliğat maşınının qumdan tikdiyi qala alt-üst oldu. Erməni cəmiyyəti 44 gün boyunca yalanla qidalandıqlarını anladılar və hərbi-siyasi rəhbərliyə qarşı etirazlar başlandı. Qarabağda keçmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan açıq şəkildə etiraf etdi ki, “biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq”.

Çıxılmaz vəziyyətə düşən Nikol Paşinyan xilas olmaq üçün sözünə heç bir etimad qalmayanların yerinə başqalarını gətirir, hökumət kabinetində vəzifəli şəxsləri istefaya göndərir, orduda həbslər aparır. Lakin artıq gecdir, illərlə məğlubedilməzliyinə inandırılmış və Azərbaycanın gücünü düzgün hesablamaqdan məhrum edilmiş erməni cəmiyyəti həqiqətlə üzləşib. İrəvanda parlament, hökumət binalarına hücumla müşahidə olunan etirazların əsas səbəbi də məhz 44 gün ərzində onlara deyilən yalanlardır.

Cəbhədə darmadağın olan Ermənistanın hərbi-siyasi rəhbərliyi informasiya cəbhəsində də rüsvayçılıqla üzləşdi. Artıq erməni mediası etimad limitini başa vurub.

Hərbi cəbhədə düşməni məğlub edən Azərbayca Prezidenti İlham Əliyev informasiya cəbhəsində də Ermənistan rəhbərliyinin saxta təbliğatını alt-üst etdi. Hərbi əməliyyatların getdiyi müddətdə xarici mediaya 30-a yaxın müsahibə verən, eləcə də davamlı çıxışlar edən Azərbaycan lideri erməni ictimaiyyətinin reallığı bilməsini də təmin etdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
Rusiya bu ölkənin 99 vətəndaşına qadağa qoydu
Polşada dəhşətli PARTLAYIŞ: 6 nəfər xəsarət aldı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM