Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41835
az

Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir? - FOTOLAR

16:0317 Noyabr, 2020
564
  • A

Son günlər Azərbaycan hərbçisinin sosial şəbəkə səhifələrində yayılan fotosu izləyicilərin marağına səbəb olub.
“Ölkə.Az” xəbər verir ki, Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir.

Daha çox “Paşa” ləqəbi ilə tanınan A.Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib. Paşa həqiqi hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam edib. Yüksək fiziki göstəricilərə malik Paşa bir neçə il mühafizəçi vəzifəsində çalışıb.

Sonradan fəaliyyətini yenidən hərbi xidmətdə davam etdirmək niyyətinə düşüb. Buna görə də o, bir neçə il bundan əvvəl müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan Ordusunun sıralarına yazılıb. Paşa hərbçilər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışmada ikinci yerə layiq görülüb.

Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir.

Ailəlidir, 3 yaşlı övladı var. (Report)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur körpü Ordumuzun nəzarətinə keçdi - FOTO
Şahbuzda minaatan mərmisi tapıldı - FOTO

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Ağdaşda bir ton çətənə kolu məhv edildi