Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41748
az

Paşinyan Şuşada məhv edilən erməni hərbçilərin sayın açıqladı -Şok rəqəm

16:5516 Noyabr, 2020
1538
  • A
“Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”. Oxu24.com-un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin tribunasından deyib. Onun sözlərinə görə, son iki gündə Şuşadan 300-dən çox erməni döyüşçünün meyiti götürülüb. “Mən bu barədə danışmaq istəmirdim, amma məcburam – son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb. 300-dən çox meyit. Siz döyüşün miqyasını təsəvvür edirsiniz? Bəzi adamlar var ki, guya generalların, yaxud siyasi rəhbərliyin Şuşa uğrunda döyüşməmək barədə əmr verdiyini deyir. Onda bu ölənlər kimin əmri ilə döyüşüb həlak olublar?” N. Paşinyanın sözlərinə görə, Şuşanın verilməsi barədə şayiə yayanlar istintaq orqanlarına dəvət olunur, onlardan bu informasiyaları hardan aldıqları, satqının kim olduğu barədə soruşulur: “Lakin həmin şəxslər ifadələrində qeyri-müəyyən şeylərdən danışırlar, suallara konkret cavab verə bilmirlər”. Qeyd edək ki, Azərbaycan Ordusu Şuşa şəhərini bu il noyabrın 8-də erməni işğalçılarından azad edib. Şuşada məhv edilmiş erməni hərbçilərinin meyitləri Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM