Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41637
az

Türk ordusu Qarabağa göndərilir-Parlament qərar hazırlayır

12:3215 Noyabr, 2020
717
  • A

Türkiyə parlamenti Ankaraya Türkiyə Silahlı Qüvvələri bölmələrinin Dağlıq Qarabağa göndərilməsi üçün qanuni əsas verən qərar hazırlamağa başlayıb.

Oxu24.com  “Sabah” informasiya agentliyinə istinadən xəbər verir ki, bu proses Ermənistan və Azərbaycan arasında atəşkəsə nəzarət etmək üçün ortaq bir Rusiya-Türkiyə mərkəzinin yaradılması ilə bağlı bir memorandum çərçivəsində olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türkiyə Ordusunun Dağlıq Qarabağdakı yeri və necə hərəkət edəcəyi barədə məlumat verəcək bu qərarı imzalamağa hazırlaşır. 
Qətnamənin bu həftə parlamentə, gələn həftə isə plenar iclasa təqdim edilməsi planlaşdırılır. “Türk parlamenti beynəlxalq hüquqa zidd olmadığı təqdirdə, Türk silahlı qüvvələrinin xarici ölkələrə göndərilməsinə və ya xarici silahlı qüvvələrin Türkiyədə olmasına icazə vermək səlahiyyətinə malikdir. Bu məsələnin parlamentdə baxılacağını və yaxın gələcəkdə həll ediləcəyini təxmin edirik. Hadisələrin inkişafını yaxından izləyirik”, – deyə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi mətbuat konfransında bildirib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin onunla görüşəcək
Bu ərazilərdə qaz olmayacaq - ELAN
Rəisinin yerinə gəlmək istəyən namizəd kimdir? -  Vaxti ilə Rəisiyə veto qoyubmuş

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO