Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41544
az

Paşinyandan ŞOK AÇIQLAMA: \"20-30 min hərbçimiz mühasirəyə alınacaqdı\"

00:4714 Noyabr, 2020
2175
  • A

"Əziz erməni xalqı, bu ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil. Birgə bəyanat imzalamaqda məqsədim var idi, imzalamasaydım Xankəndi ələ keçiriləcəkdi və 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim".

Oxu24.com  xəbər verir ki, bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

O bildirib ki, bu addımı ataraq Xankəndi ətrafındakı hərbçiləri qoruyub:

"Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir. Bu, münaqişənin siyasi həlli üçün sənəd deyil. Bu sənədi cırıb ata bilərik, amma bunun nəticələri barədə düşünməliyik. Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik".

"Əlbəttə ki, bundan əvvəl tədarük problemləri var idi, amma biz onları həll etməyə çalışdıq. Döyüş meydanında geriləmələr başlayanda vəzifəmiz müharibədə dönüş nöqtəsi gətirmək idi. Şuşanın süqutundan sonra bu vəzifənin qeyri-mümkün olduğunu müəyyənləşdirdik”, - deyə Paşinyan etiraf edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prokurorluq Bakıda baş vermiş dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Prezident ona “Azərbaycanın Milli Qəhrəmanı” adını verdi

Asteroid Yerdən 6,6 milyon km uzaqlıqda uçacaq

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
17 yaşlı oğlanı qətlə yetirən iki nəfər tutuldu