Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41450
az

Məşhur filmlərin səs rejissoru şəhid oldu“ - Top mərmisindən qopan parça boğazına dəyib”

23:3412 Noyabr, 2020
905
QARABAĞ
  • A

“Elnur özünün müddətli həqiqi hərbi xidmətini 4 il əvvəl bitirib gəlmişdi. Sentyabr ayındakı səfərbərlik vaxtı ilk çağırışçılardan idi. Vətən müharibəsi başlayandan bir gün sonra hərbi xidmətə yollanmışdı. Ağdam uğrunda gedən artilleriya döyüşlərində fəal iştirak edib. Əsgər yoldaşları deyir ki, əsl qəhrəman idi, hamımıza ürək-dirək verirdi, topun arxasında igid kimi dururdu. Oktyabr ayının 7-si səhər saatlarında top mərmisindən qopan bir parça boğazına dəyib və şəhid olub.
Bir gün sonra Sumqayıtda şəhidlər xiyabanında dəfn edildi. Cəmi 25 yaşı var idi igid Elnurumuzun” 

Bunu Moderator.az-a açıqlamasında şəhid Allahverdizadə Elnurun dayısı oğlu Orxan Həsənli deyib. O həmçinin Elnurun səs rejissoru vəzifəsində çalışdığını da bildirib:

“Elnur səs rejissoru idi, bir çox film və seriallarda, reklam çəkilişlərində çalışmışdı. İşində həqiqətən də peşəkar idi, onu tanıyanlardan, bilənlərdən də soruşa bilərsiniz. Özünəməxsus zarafatları, danışığı, gülüşü, mehriban bir insan olması ilə hamının yaddaşında qalıb” deyə şəhidin yaxını bildirib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
Prezident və xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdülər
Prezident Xankəndi-Şuşa-Laçın yolunda görülən işlərlə tanış oldu

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı