Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41395
az

Paşinyandan döyüşlərlə bağlı DƏHŞƏTLİ ETİRAFLAR: 25 min hərbçimiz, Xankəndi və...

14:2612 Noyabr, 2020
3546
DÜNYA
  • A

20 mindən çox erməni hərbçisi mühasirəyə alınmışdı.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

O, bu açıqlamanın erməni cəmiyyətində ağrı və məyusluq yaratdığını etiraf edib. Bununla yanaşı, qeyd edib ki, Qarabağla bağlı imzalanmış sənəd məsələnin “qəti həlli” demək deyil.

“Ermənistan və xalqı çox çətin günləri yaşayır. İnsanların qəlbində qəm, gözlərində yaş və ruhlarında kədər var.

27 sentyabrda müharibə başladı və bir sənədin imzalanması ilə nəticələndi. Bu da xalqın məyusluğuna və cavabı məndən gözlənilən bir çox suala səbəb oldu. Sənəd niyə imzalanmışdı?

Bu, baş qərargahın hər dəqiqənin çox vacib olduğunu bildirdiyi, əməliyyatların dayandırılmasının lazım olduğu bir vəziyyətdə baş verdi”, - Paşinyan deyib.

O qeyd edib ki, Xankəndi, Əsgəran və Ağdərədə müdafiə istehkamları olmayıb:

“Həm də bu şəhərləri müdafiə edəcək qədər döyüşə hazırlıqlı qüvvəmiz yox idi. Bu şəhərlərin itirilməsi ilə müdafiə sahələrimiz düşmən tərəfindən mühasirəyə alınacaqdı.

20 mindən çox əsgər və zabit ölüm və ya əsir düşmə ehtimalı ilə bir “üzüyün” içində olacaqdı. Kəlbəcər və Laçının süqutu qaçılmaz olacaqdı. Bu səbəbdən bu bədnam müqaviləni imzaladım. Karyeram və həyatımın əvəzinə 25 min əsgərin həyatını seçdim”.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
Hindistan və Pakistan Qırğızıstandakı vətəndaşlarına müraciət edir
Skadovska raket hücumu nəticəsində yaralıların  sayı 12-yə yüksəlib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub