Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41392
az

Qarabağda kiçik Silikon Vadisi yaratmaq təklif olunur

12:3212 Noyabr, 2020
214
  • A

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı yeni yaradıcı yanaşmalar mövcuddur”.

OXU24.COM  xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib.

"Bu istiqamətdə bir sıra təkliflər var. Bunlar Milli Konservatoriyanın Şuşaya köçürülməsi, burada Məclisi-Üns Natəvan divanının təşkil edilməsi, Qarabağda Silikon Vadisində mövcud olan yüksək texnologiyaların, startapların qurulması, Xankəndində ox, kaman kimi bədii kompazisiyaların yaradılmasıdır", - deyə o, qeyd edib.

"Bununla yanaşı, Qarabağda Dövlət Universitetinin, Azad İqtisadi Zonanın yaradılması, “Qarabağı yenidən quraq”, “Min ağ dam” adlı layihələrin həyata keçirilməsi, Qarabağda son 100 il ərzində qəhrəmanlıq göstərmiş şəxslərin büstlərinin yaradılması, işğaldan azad edilmiş zirvələrdə azadlıq məşəllərinin yaradılması ilə bağlı təkliflər var. Xankəndində Beynəlxalq Transplantasiya Mərkəzinin yaradılması, Xocalıdan Kahramanmaraşa və Təbrizə aviareysinin açılması, Kəlbəcər Qış-Turizm Mərkəzinin yaradılması, Qarabağda Azərbaycan, Türkiyə və İsraillə birgə PUA istehsalı müəssisəinin yaradılması ilə bağlı təkliflər var", - deyə Z.Oruc əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada 100-ə yaxın namizəd ikinci turda iştirakdan imtina etdi -SƏBƏB
“Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı
Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM