Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41375
az

Paşinyan danışıqlar şərtini AÇIQLADI – Üç SENSASİON TƏLƏB

10:4212 Noyabr, 2020
278
DÜNYA
  • A

Müxalifətin parlamentdə məlum müzakirə tələbləri qarşısında Nikol Paşinyanın "Mənim Addımım" fraksiyası bəyanat yayıb.

Oxu24.com  Axar.az-a istinadla xəbər verir ki, bəyanatda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sazişin qaçılmaz reallıq olduğu vurğulanıb. Bildirilib ki, sazişin imzalanması Ermənistan və keçmiş “artsax”ı tamamilə itirməmək üçün yeganə yol idi.

Etiraf edilib ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə, qısa müddətdə minlərlə erməni əsgər məhv ediləcəkdi.

Cəmiyyətin bütün suallara cavab almaq haqqının olduğunu bildirən fraksiya destabilizasiyaya əsas verən heç bir iclasda iştirak etməyəcəyini açıqlayıb.

Buna baxmayaraq, məlum Qarabağ Bəyanatının müzakirəsi üçün fraksiya müxalifətdən bütün ermənilərə və dünyaya bu 3 şərti açıq şəkildə bəyan etməyi istəyib.

Belə ki, etirazçı müxalifət:

1. Rusiyanın vasitəçiliyindən imtinanı dəstəkləyir

2. Rusiya sülhməramlılarının təmas xəttindən çıxmasını dəstəkləyir

3. Müharibənin davam etməsini tələb edir.

Bu 3 şərti yerinə yetirəndən, bu tələbləri ermənilərə və dünyaya açıq şəkildə elan edəndən sonra müharibənin davam edəcəyi təqdirdə qələbəyə aparacaq yol xəritəsini təklif edəcəyi halda Mənim Addımım fraksiyası müzakirələrə başlamağa hazır olduğunu elan edib.

Qeyd edək ki, açıqlamanı Mənim Addımım fraksiyası yayıb. Paşinyanın isə harada olduğu bilinmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Ermənistanda görün nə planlaşdırır: bir il ərzində... -Yeni konsepsiyanın ŞOK DETALLARI
Bayden Ukrayna ilə bağlı göstəriş verdi
Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı