Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41374
az

Çavuşoğlu: "Ermənistan atəşkəsi yenə pozsa, ağır nəticəsini görəcək"

10:4012 Noyabr, 2020
255
DÜNYA
  • A

İşğal olunmuş torpaqların hamısı azad ediləcək”.

Oxu24.com -un  məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı təqvimə riayət etməyəcəyi halda hansı addımların atılacağına dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, anlaşmanın altında Ermənistan baş nazirinin imzası var: “Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü.

Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Bundan əvvəl Azərbaycan çox səbr etdi, bundan sonra seçim Ermənistanındır.

Ya könüllü anlaşmaya əməl edərək işğal edilmiş torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu bu günə qədər olduğu kimi torpaqlarını alacaq.

Həyatın gerçəkləri var. Ermənistan bölgədə sabitlik əldə olunandan sonra bundan necə faydalanacaq, o barədə düşünməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumru Yavrucuk Bakıda monotamaşa ilə çıxış edəcək
"Fələstin İsrail ilə danışıqlara hazırdır" -Mahmud Abbas
Qarğıdalı tarlasında yeni doğulmuş körpə tapıldı

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı