Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41308
az

Qubada yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb

13:1811 Noyabr, 2020
323
KRİMİNAL
  • A

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş 2 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  bildirilib ki, rayonun Çartəpə kənd sakini Ü.Rüstəmov və Alekseyevka kənd sakini T.Əmirov koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkar olunub.

Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Həmin şəxslər polisin nəzarətinə götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı
Belçikada Cəfər Hüseynzadə ilə xanımının 90 minlik saatı oğurlandı
Gədəbəydə 3 tona yaxın çətənə kolu məhv edildi

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı