Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41261
az

SON DƏQİQƏ! Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verir

22:4610 Noyabr, 2020
480
HÜQUQ
  • A

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərlə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə noyabrın 10-da Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə görüşdə İnsan Haqları üzrə Beynəlxalq Standartların İmplementasiyası üzrə işçi qrupun rəhbəri Kamil Səlimov deyib.

K.Səlimov bildirib ki, erməni hərbçiləri döyüş zonasından kənarda yerləşən yaşayış məntəqələrimizə artilleriya atəşi açıb, qadağan olunmuş silahlardan istifadə edib: "Bu, bir daha Ermənistanın müharibə cinayətləri törətməsinə əsaslı sübutdur. Ermənistan hərbçiləri ballistik raketlərdən istifadə edərək qırğınlar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var. Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, araşdırmalar başa çatandan sonra faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndəriləcək və cavabdeh şəxslər cəzalandırılacaq".

Ermənistanda hazırda çaxnaşmanın davam etdiyini bildirən K.Səlimov qeyd edib ki, ölkəni idarə edən şəxslərin cinayətkar dəstə olduğu ortaya çıxdı: "Cinayətkarlardan ibarət strukturun isə sonu belə olmalı idi. İndi ermənilər baş naziri tapa bilmir, Milli Məclisdə bir-birilərini döyür, biabırçı vəziyyət yaranıb".

İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan xalqı birləşdi və ermənilərin 30 il ərzində qurduğu istehkamı qısa müddətdə məhv etdi. İndi hamı Azərbaycanın bu gücünə təəccüb qalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb
Vəkillər daha 4 cəzaçəkmə müəssisəsində pulsuz hüquqi yardım göstərib
Onlayn əmək müqaviləsi necə imzalanır?

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto