Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40992
az

"Bəzən bir kənd üçün gecə-dündüz vuruşuruq" - POLKOVNİK

19:5805 Noyabr, 2020
571
HƏRBİ
  • A

“Kənardan baxanlar üçün kəndlərin azad olunması asan görünə bilər, amma ordumuz həmin kəndlərin azadlığı uğurunda gecə-gündüz vuruşur”.

Bu sözləri Redaktor.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

“Biz döyüşlərin ilk günlərində eyni vaxtda bir neçə ərazini işğaldan azad edirdik. Çünki o ərazilərin bir çoxu bir-birinə yaxın və nisbətən düzənlik sahələr idi. Buna görə də orada əməliyyat aparmaq nisbətən daha rahat olurdu. Amma indi döyüşlər dağlıq ərazilərdə, yüksəkliklərdə, meşəliklərdə gedir. Belə şəraitdə döyüşmək çox çətindir. Bu şərtlər altında bir kəndin belə işğaldan azad edilməsi saatlarla, bəlkə də günlərlə vaxt aparır. Bu baxımdan vətəndaşlar bunu anlayışla qarşılamalı, səbrli olmalıdırlar. Kənardan danışmaq, fikir bildirmək asan məsələdir, bunu hamı bacarır”, - deyə Ş. Ramaldanov bildirib.

Polkovnik müharibə vəziyyətində ruh düşkünlüyü yaradan sözlərdən, yazılardan uzaq olmağı tövsiyyə edib:

“Hazırda müharibə şəraitindəyik. Bu, kiməsə oyun gəlməsin. Müharibədə hər xırda detala önəm verməli, bacardığımız qədər diqqətli olmalıyıq. Həmçinin, ruh yüksəkliyinə də önəm vermək lazımdır. Bu da əsas məsələdir. Arxa cəbhədə olanlar, ön cəbhədə olanlara maksimum dəstək olmalıdır, onları ruhlandırmalıdır”.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu