Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40937
az

Türkiyənin iki böyük şirkəti Azərbaycan Ordusuna yardım göndərdi

15:5104 Noyabr, 2020
445
CƏMİYYƏT
  • A
Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağı erməni işğalından azad etmək və Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə artıq bir aydır ki, uğurlu əks hücum əməliyyatları həyata keçirir. TƏBİB-dən Oxu24.com-a verilən xəbərə görə, bu haqlı mübarizədə iştirak etmək hər bir əsgərimizin vəzifə borcu olduğu qədər, həm ölkəmizin daxilində, həm də xaricində yaşayan hər bir azərbaycanlının da şərəf borcudur: “Təsadüfi deyil ki, hər bir vətəndaş əlindən gəldiyi qədər maddi və mənəvi dəstək göstərməklə Vətənə olan sədaqət borcunu ödəməyə çalışır. Türkiyənin əczaçılıq bazarının öncül şirkətlərindən biri olan Helba İlaç İç ve Dış Sanayi Ticaret A.Ş. də müharibənin ilk günlərindən ordumuza dəstək göstərib. Həmyerlimiz Vəfadar Həsənovun rəhbərlik etdiyi şirkət ordumuzun əsas ehtiyacları ola biləcək dərman vasitələri və tibbi vasitələrdən ibarət humanitar yardımın Azərbaycana göndərilməsini təmin edib. Bu yardımın Azərbaycana çatdırılması və ordumuza təslim edilməsi Heydər Əliyev Fondunun rəhbərliyi ilə TƏBİB tərəfindən həyata keçirilib. Bu Vətən müharibəsində birlik və həmrəylik göstərən hər bir həmyerlimizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk. #Bizbirlikdəgüclüyük”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stresdən əziyyət çəkirsiniz? - Bu çayı yoxlayın
Əməkdar artist yubileyindən bir gün əvvəl VƏFAT ETDİ -FOTO
Bu müəllimlər işdən çıxarılacaq? -Rəsmi AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər