Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanı və qondarma rejimi dalana dirəyib. Məğlubiyyətin qaçılmaz olduğunu görən ermənilər bir-birlərinin torbalarını tikməyə başlayıblar. Qondarma qurumun başçısı Arayik Arutyunyan və “Müdafiə naziri” nin Azərbaycan Ordusu tərəfindən məhv edilməsindən sonra Xankəndindəki digər “məmurların” da yarpaq tökümü başlayıb.
Oxu24.com xəbər verir ki, erməni mətbuatının son dəqiqələrdəki məlumatına görə qurama respublikadakı əksər səlahiyyətlilər “istefaya” göndərilib. “İstefaya” göndərilənların arasında Arayik Aratunyanın köməkçisi Radik Martirosyan, “Baş Prokuror”un müavinləri Erik Verdiyan, Sasun Qabrielyan, Statistika Şurasının üzvü Armen Soqomonyanın və digərlərinin adları var. Yeri gəlmişkən, MSK üzvü Yeğişe Soqomonyanın da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Heç dəxli var?! Seçki komissiyasının üzvünün bu günki duruma nə dəxli var? Əslində, bu istefa deyil. Bu, ermənilərin Qarabağdan qaçışının göstəricisidir. Dabanına tüpürüb qaçanlar arasında qurama respublikanın əmək, sosial və mənzil məsələləri, Şəhərsalma və həmçinin, Təhsil və Elm “nazirlər”inin müavinlərinin adları da yer alıb.
Ermənistan mətbuatının yazdığına görə “hökümətin” buraxılmasının başlıca səbəbi Qarabağdakı siyasi gərginlikdir. Çünki davamlı şəkildə Xankəndində etirazlar keçirilir. Bu yaxınlarda döyüşə gedən Ruslan Sarkisyanın həyat yoldaşı Zarine Sarajyanın başçılığı ilə bir dəstə əsgər anası Arutyunyanın qarşısını kəsərək “uşaq bəhanələri ilə döyüşə getməyib isti kresloda oturan” məmurları işdən çıxarmağı təklif etmişdilər. Qondarma qurumdan mətbuata bildirilib ki, istefaya göndərilən bəzi məmurlar haqqında cinayət işinin açılması da istisna edilmir.
Həəə… Bax, burda torbada pişiyin olması ortaya çıxır. Deməli, adı çəkilən məmurlar işdən çıxarılmayıblar, sadəcə Xankəndindən qaçıblar.
Oxu24.com
ŞƏRHLƏR