Qarabağda Ermənistan tərəfində muzdluların döyüşməsi barədə məlumatlar artıq bir çox dünya mediasında yer almaqdadır.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bəzi hallarda mətbuat orqanları Qarabağa yollanmış muzdlulardan müsahibə də alır.
Fransanın FRANCE 24 telekanalı yazır ki, Dağlıq Qarabağda Ermənistan erməniləri ilə yanaşı, Fransa diasporunun üzvləri də döyüşür.
"Reuters" bildirib ki, muzdlulardan biri Livandakı iqtisadi böhranla əlaqədar Ermənistana gəlib və Qarabağda döyüşlərə yollanıb. Livandan döyüşçülərin olmasının Ermənistan Müdafiə Nazirliyi də təsdiqləsə də, konkret say açıqlanmayıb.
"Associated Press" də öz reportajında Livandan gələn muzdlu döyüşçülərə diqqət ayırıb. Qeyd olunub ki, bu ölkədən çoxlu sayda etnik erməni döyüşlərə qatılıb.
Bundan başqa, "Kommersant" qəzetinin müxbiri Kirill Krivoşeyev öz "Telegram" kanalında Rusiya vətəndaşlarının 1 500 dollar müqabilində döyüşlərə qatıldığınıı yazıb.
"Kommersant"da dərc olunan digər materialda Rusiyadakı ermənilərin Qarabağa getdiyi vurğulanır.
Fransanın "Liberation" qəzeti isə ASALA terror təşkilatının 64 yaşlı üzvü, terrorçu Gilbert Minasyanın Dağlıq Qarabağa Fransadan özü ilə birgə gətirdiyi digər muzdlularla yollandığını yazıb.
Oxu24.com
ŞƏRHLƏR