Ötən gün Türkiyə və Rusiya mediası Dağlıq Qarabağdakı qondarma rejimin "prezidenti" Araik Arutyunyanın məhv edildiyinə dair məlumat yayıb.
Oxu24.com xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin son yaydığı video Araik Arutyunyanın məhv edilməsi iddialarını daha da gücləndirib. Belə ki, oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.
İstiqamətlənmiş və kombinə edilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.
Qeyd edək ki, düşmən tərəfi Araik Arutyunyanın ölümünü inkar etsə də, bu gün ermənilərə məxsus "Teleqram" kanallarında məhv edilən düşmən əsgərlərin foto və videoları arasında bir cəsəd xüsusi diqqət çəkib. Ermənilər iddia edib ki, görüntüdə əks olunan meyit Araik Arutyunyana məxsusdur.
Həmin fotonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR