Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40852
az

Qarabağda daha doqquz PKK/YPG terrorçusu məhv edilib

13:5002 Noyabr, 2020
437
QARABAĞ
  • A

Dağlıq Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir. Bu barədə məlumat Ordu.az-a etibarlı hərbi mənbələrdən daxil olub.

Məlumata görə, son sutka ərzində aparılan əməliyyatlarda doqquz PKK/YPG terrorçusu məhv edilib. Bu, PKK terrorçularını daşıyan yük maşınına Azərbaycan ordusunun zərbə endirməsi nəticəsində baş verib.

Məlumata görə, Azərbaycan ordusu Xocavənd istiqamətində cəbhə xəttini yardıqdan sonra erməni komandanlığı həmin istiqamətdə canlı qüvvə göndərmək istəyib. Lakin Ermənistandan gələn əsgərlər hücuma keçməkdən imtina etdiyindən, erməni komandanlığı bu istiqamətə PKK/YPG terrorçularını göndərib.

Mənbə bildirir ki, Azərbaycan silahlı qüvvələrinə məxsus PUA-ların yaxınlaşdığını görən PKK/YPG terrorçuları gəldikləri yük maşınına minərək geri qayıtmağa cəhd ediblər, lakin elə maşındaca məhv ediliblər.

Xatırladaq ki, dünən Şuşa istiqamətində PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri, Suriyanın şimal-şərqində fəaliyyət göstərən “Qamışlı Hərbi Şurası” qruplaşması üzvü olmuş Fırat Piran məhv edilib.

Beləliklə, iki gün ərzində Qarabağda məhv edilmiş PKK-YPG terrorçularının sayı 10-a çatıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR