Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40822
az

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

23:0501 Noyabr, 2020
925
QARABAĞ
  • A

"Bir daha xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir".

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Azərbaycan Ordusu müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirir. Müasir texnoloji silahlar Ordumuzun güc alətlərindən yalnız biridir. Müharibənin taleyini müəyyən edən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandiridir. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb edir.

İstisna olunmur ki, Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisini hədəfə alan düşmənin bu tip sistemlərdən atdığı raketlərin bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal altında olan yaşayış məntəqələrinin və oradakı mülki obyektlərin üzərinə düşür. Hazırda Ordumuz əməliyyat şəraitinə tam olaraq nəzarət edir", - o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR